Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının nəticələri açıqlanıb
Milli.Az xəbər verir ki, imtahanda iştirak edən şəxslərin nəticələri qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanlarına göndərilib.
Qeyd edək ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib.
Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.
Sınaq prosesinə ümumilikdə 999 nəfər qeydiyyatdan keçib, onlardan 787 nəfər imtahanda iştirak edib.
İmtahan tam şəkildə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış onlayn platformada keçirilib, namizədlərin Azərbaycan dili üzrə qrammatik və leksik dil bilikləri, dinləmə, oxu, danışma və yazı bacarıqları CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) standartlarına uyğun olaraq qiymətləndirilib.
Mina Mikayılova
Milli.Az