Moskvada 16 yaşlı azərbaycanlı yeniyetmə saxlanılıb. Hadisə noyabrın 23-də Orexovı Bulvarındakı ticarət mərkəzində baş verib.
Milli.Az xəbər verir ki, Moskva İstintaq Komitəsinin məlumatına görə, yeniyetmə mühafizəçiyə qarşı qəsdən adam öldürməyə cəhd və polis əməkdaşlarına zor tətbiq etmə maddələri ilə şübhəli bilinir.
Məlumata görə, mühafizəçi azərbaycanlı H.H.-nin ictimai yerdə namaz qılmasına icazə verməyib, buna cavab olaraq ona bıçaqla hücum edib. Zərərçəkən dərhal tibbi yardım alıb və həyatı üçün təhlükə yoxdur.
Daha sonra polis əməkdaşları yeniyetməni saxlayıblar .Saxlanma zamanı o müqavimət göstərib və iki polis əməkdaşına bıçaq xəsarətləri yetirib.
Rusiyanın teleqram kanallarında hadisə ilə bağlı video yayılıb.
Fidan
Milli.Az