Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Milli.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
"Kəpəz"lə oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün "Karvan-Yevlax" 700 manat cərimə edilib. Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə Yevlax təmsilçisi 2500 manat cərimələnib. Meydançaya kənar əşyalar atıldığına görə "Karvan-Yevlax" daha 2000 manat ziyana düşüb. Azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə "Karvan-Yevlax" klubu daha 5000 manat cərimə ödəyəcək.
Oyundan sonra "Karvan-Yevlax"ın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına alan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.
Milli.Az