"Qaz İxrac" İdarəsi tərəfindən yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə qoşulması ilə bağlı noyabrın 26-da saat 9:00-dan işlər başa çatanadək "Baş Ələt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, əmir işləri aparılan müddətdə Qaradağ rayonu, Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
----------
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Milli.Az xəbər verir ki, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri, Çerkassi küçəsi, 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.
Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Asya
Milli.Az