Mardinin Kızıltepe rayonunda 33 yaşlı ana Berna Kaya , əri Mehmet Kaya və 5 yaşlı qızları Samyeli Kaya evlərində ölü tapılıb.
Milli.Az xəbər verir ki, hadisə Turqut Özal məhəlləsindəki mənzildə baş verib.
Qonşular ailədən xəbər ala bilmədikləri üçün məhəllə muxtarı ilə birlikdə evin qapısını açıb və ölü cəsədləri aşkarlayıblar. Vəziyyət dərhal polis, təcili tibbi yardım və yanğınsöndürənlərə bildirilib.
Məlum olub ki, ailə başından güllə yarası almış vəziyyətdə tapılıb.
Cəsədlər Mardin Təlim və Araşdırma Xəstəxanasının morquna aparılıb və autopsiya üçün saxlanılır. Hadisənin səbəbi barədə hələ rəsmi açıqlama verilməyib.
Milli.Az