Bu gündən bəzi ərazilərdə 4 gün su olmayacaq

25 Noyabr 2025 12:24

Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun verilişində fasilələr yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilir ki, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.

Milli.Az