Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü

25 Noyabr 2025 11:22

Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, noyabrın 11-də 3 günlük oğlan uşağı anası, 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova tərəfindən Türkan qəsəbəsi ərazisində dənizə atılaraq öldürülüb.

Polis əməkdaşları P.Eyvazovanı tutub, meyitin tapılması üçün tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az