Suriya Dera vilayətinin Əh-Hərra qəsəbəsində aparılan qazıntı işləri ilə bağlı sosial mediada qızılla dolu mağara tapılmasına dair görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, mağarada yüzlərlə qızıl külçəsi və heykəl tapıldığı, minlərlə insanın oraya yığışdığı iddia edilirdi. Hətta görüntülərdə mağaranın Anunnakilərə aid olduğu iddia olunurdu.
Suriyalı rəsmilər açıqlayıb ki, iddialar əsassızdır. Orada Roma dövrünə aid məzar və heykəllər tapılıb, ancaq qızıl yoxdur. Həmin qızıla bənzər tapıntılar əslində piritdir.
Suriya mərkəzli "Verify Syria" platforması isə yayılan görüntülərin köhnə olduğunu və son dövrlərdə aparılan arxeoloji araşdırmalarda hər hansı qızılın tapılmadığını təsdiqləyib. Platforma bildirir ki, sosial mediada yayılan xəbərlər tamamilə əsassızdır.
İsmayıl
Milli.Az