Ukrayna Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi dron hücumu edib.
Milli.Az xəbər verir ki, məlumata görə, şəhərdə onlarla partlayış baş verib və yanğınlar başlayıb.
Həmçinin təyyarə zavoduna zərbə dəydiyi və "A-60" təyyarəsinin məhv edildiyi bildirilib. Yerli sakinlər hücum olunan ərazidə təyyarənin yandığını bildiriblər və bunun "A-60" ola biləcəyi deyilir.
Eyni zamanda, Taqanroqdakı anqarın da yandığı bildirilir. İlkin məlumatlara görə, həmin vaxt anqarda üzərində modernləşdirilmə işləri aparılan "Tu-95MS" strateji bombardmançı təyyarəsi olmuş ola bilər.
Həmçinin Taqanroqda hava limanının dispetçer qülləsinin vurulduğu da ehtimal edilir.
Milli.Az