Günel Abdiyeva işdən çıxarıldı

25 Noyabr 2025 10:46

Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad olunub.

Milli.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən,mərkəzin direktoru Günel Abdiyeva vəzifəsindən azad edilib.

Onun vəzifəsindən kənarlaşdırılmasına səbəb kimi yol verilən nöqsanlar və vətəndaşların çoxsayılı şikayətləri ilə bağlı olduğu bildirilir. /APA

Milli.Az