Kiyevə ballistik raket hücumu - Ölənlər və yaralananlar var

25 Noyabr 2025 10:56

Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumu həyata keçirib. Hücumda ballistik raketlər və zərbə dronlarından istifadə olunub.

Milli.Az xəbər verir ki, hücum nəticəsində dörd nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşsə də, zərərsizləşdirilən raket və dronların qalıqları bir neçə yaşayış binasında yanğına və dağıntılara səbəb olub.

Peçersk və Dneprovsk rayonlarında çoxmərtəbəli binalarda ciddi ziyan qeydə alınıb.

Ukrayna Energetika Nazirliyi enerji infrastrukturunun da hədəf alındığını, hücumun nəticələrinin təhlükəsizlik təmin olunduqdan sonra qiymətləndiriləcəyini açıqlayıb.

Milli.Az