ABŞ Venesuela ilə münasibətləri daha da kəskinləşdirəcək yeni addım atıb.
Milli.Az xəbər verir ki, Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronu terror təşkilatının rəhbəri kimi tanıyıb və onun tutulması üçün 50 milyon dollar mükafat təyin edib.
Ağ Ev açıqlamasında bildirilib ki, "Maduro "rejimi" qeyri-qanuni hesab olunur". Bu qərar iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.
Qeyd edək ki, prezident Donald Tramp daha əvvəl Latın Amerikası narkotik kartellərinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı icra sərəncamı imzalamışdı. Bu çərçivədə ABŞ avqustun sonunda Venesuela sahillərinə hərbi-dəniz qüvvələri, o cümlədən dünyanın ən böyük təyyarədaşıyan gəmisi sayılan USS Gerald R. Ford və onun müşayiətçi hücum qrupunu göndərib.
Milli.Az