Türkiyənin əhalisi oktyabrın 1-nə olan məlumata görə 85 milyon 980 min 654 nəfərə çatıb.
Milli.Az xəbər verir ki, məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlayıb.
Məlumata görə, 2023-cü ilin sonunda 85 milyon 664 min 944 nəfər olan ölkə əhalisi bu ilin ilk 9 ayında 315 min 710 nəfər artıb. 1 iyul-1 oktyabr dövründə isə artım 155 min 800 nəfər təşkil edib.
Beləliklə, Türkiyənin əhalisi 1 oktyabr 2024 tarixinə olan göstəriciyə əsasən 85 milyon 980 min 654 nəfərə çatıb.
Açıqlamada həmçinin bildirilib ki, əhalinin 50,02 faizini (43 milyon 3 min 770 nəfər) kişilər, 49,98 faizini isə (42 milyon 976 min 884 nəfər) qadınlar təşkil edir.
Milli.Az