Avtomobilin şüşəsinə qabyuyan maye çəkin - səbəb

26 Noyabr 2025 08:42

Soyuq hava ilə birlikdə buxarlanma şikayətləri artır, mütəxəssislər sadə, lakin effektiv üsul tövsiyə edir

Milli.Az xəbər verir ki, qar, buzlanma və donma hadisələri səhər saatlarında avtomobil şüşələrində buğlanmaya səbəb olur. Mütəxəssislər bu problemi azaltmaq üçün gözlənilməz, lakin təsirli bir üsul - şüşəyə nazik qat qabyuyan maye çəkməyi məsləhət görür.

Qabyuyan mayenin tərkibindəki səthi aktiv maddələr şüşənin səth gərginliyini aşağı salır. Bu isə isti və rütubətli havanın şüşənin üzərində damcı halına çevrilməsinin qarşısını alır. Nəticədə şüşədə görünməz bir baryer yaranır və rütubət şüşəyə yapışmır, havada qalır və ya asanlıqla silinə bilir.

Sadə tətbiq üsulu

İsladılmış bir bezin üzərinə bir qədər qab yuyucu maye sıxılır.

Dairəvi hərəkətlərlə avtomobilin daxili şüşə səthinə yayılır.

Daha sonra təmiz və quru bir bezlə şüşə yumşaq şəkildə silinir.

Bu proses şüşənin iz buraxmadan, nazik və görünməyən deterjan təbəqəsi ilə örtülməsini təmin edir. Uzmanlara görə, təraş köpüyü də oxşar nəticə verə bilir.

Mütəxəssislər bildirir ki, bu üsul buğlanmanı böyük ölçüdə azaldır, lakin tamamilə yox etmir. Sürücülər yenə də avtomobilin buğu açma sistemindən istifadə etməlidir.

Şüşənin ən tez açılması üçün tövsiyə olunan ideal ayarlar isə belədir:

Bu kombinasiyanın şüşələrin daha sürətli təmizlənməsinə kömək edir.

Lalə Qüdrətova
Milli.Az