Alimlər uzun müddət açıq vəziyyətdə saxlanılan zeytun yağının sağlamlıq üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib. Bildirilib ki, mətbəxdə aylarla kənarda qalan, istifadəsiz açılmış zeytun yağı zaman keçdikcə oksidləşir və toksik maddələr əmələ gətirə bilər. Bu birləşmələr xüsusilə ürək və damar sistemi üçün təhlükəli hesab olunur.
Milli.Az xəbər verir ki, qidalanma mütəxəssislərinin sözlərinə görə, zeytun yağı hava, işıq və istiliklə təmas etdikdə kimyəvi strukturu dəyişir. Bu zaman yağın tərkibindəki faydalı maddələr azalır, oksidləşmə nəticəsində yaranan zərərli komponentlər isə artır. Mütəxəssislər bunun immunitetdən tutmuş xolesterin səviyyəsinə qədər bir çox sahəyə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Zeytun yağı texnologiyası üzrə ixtisaslaşmış qida mühəndisləri isə bildirirlər ki, aylarla açıq qalmış yağ artıq "sağlam yağ" xüsusiyyətini itirir. Belə yağlarda acı dad, kəskin qoxu və bulanıq görüntü əmələ gəlir.
Alimlər oksidləşmiş yağların istehlakının ürək və damar sisteminə birbaşa mənfi təsir göstərdiyini bildirir. Bu maddələr damar divarlarında oksidativ stress yarada bilər və uzunmüddətli istifadədə kardiyovaskulyar riskləri artırır. Xüsusilə xroniki xəstəliyi olan şəxslər üçün bu məsələ daha da önəmlidir.
Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirir ki, açıq zeytun yağının ideal şəraitdə belə ən çox 3-6 ay ərzində istifadə edilməsi tövsiyə olunur. Əgər yağ uzun müddətdir açıq vəziyyətdə qalıbsa və dadında, qoxusunda dəyişiklik hiss olunursa, onu qənaət məqsədi ilə istifadə etməyə çalışmaq sağlıq üçün təhlükə yarada bilər.
Alimlər zeytun yağının aşağıdakı kimi saxlanmasını tövsiyə edir:
Bu şərtlər oksidləşmə prosesini ləngidir və yağın daha uzun müddət təravətli qalmasını təmin edir.
Lalə Qüdrətova
Milli.Az