Azərbaycanla sərhəd rayonda yanğın başladı

24 Noyabr 2025 22:57

Ermənistan-Azərbaycan sərhədində yerləşən Ermənistanın Tavuş mərzinin Berd (Tovuzqala) rayonunun Navur kəndinə bitişik meşəlik ərazidə yanğın başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğının qarşısını almaq üçün bələdiyyə və icra strukturlarından 50-yə yaxın əməkdaş əraziyə cəlb olunub. Lakin havanın küləkli olması alovun yayılmasını sürətləndirir və söndürmə işlərini çətinləşdirir.

Qeyd olunur ki, alovun daha geniş ərazilərə yayılmaması üçün ərazidə fasiləsiz iş aparılır.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə qrupları fəaliyyətini davam etdirir.

Milli.Az