Qaralmış tavanı bir neçə dəqiqəyə ilk günkü kimi edən asan üsul

25 Noyabr 2025 08:41

Mətbəxdə ən çox rast gəlinən problemlərdən biri zamanla qaralan və yanmış yağ təbəqəsi ilə örtülən tavaların parıltısını itirməsidir. Gündəlik yuma bu ləkələri aradan qaldırmadıqda bir çox insan kimyəvi məhsullara üz tutur. Lakin mütəxəssislər kimyəvi maddələrə ehtiyac olmadan, bir neçə sadə məhsulla daha təsirli və təhlükəsiz bir metodun mövcud olduğunu bildirir.

Milli.Az xəbər verir ki, xüsusilə tökmə və polad tavalar yüksək istilikdə istifadə olunduqda səthdə yanmış yağ təbəqəsi yaranır. Bu təbəqə adi yuyucu vasitələrlə çıxmadığı üçün tavanın rəngi tündləşir və mat bir görünüş formalaşır. Yanlış təmizləmə metodları təbəqəni daha da sərtləşdirərək tavanın ömrünü qısalda bilər.

Mütəxəssislərə görə, tavanı ilk günkü parıltısına qaytaran ən effektiv üsullardan biri soda və isti su ilə hazırlanan sadə qarışıqdır. Bu metod yanmış yağları asanlıqla həll edir və səthi cızmadan təmizləyir.

Lazım olanlar:

Tətbiq qaydası:

Tavanın dibini tam örtəcək qədər qaynar su tökün.

Üzərinə soda səpin və 2 dəqiqə gözləyin.

Su hələ isti ikən sirkə əlavə edin - yaranan köpüklənmə yanmış yağların həllini sürətləndirir.

Qarışığı 5 dəqiqə saxlayın, sonra yumşaq süngərlə səthi yüngülcə ovalayın.

Tavanı yuyub quruladıqdan sonra yanıq təbəqəsinin böyük hissəsinin təmizləndiyini görəcəksiniz.

Bu metod xüsusilə qaralmış polad və tökmə tavaların səthində çox effektiv nəticə verir və müntəzəm tətbiq olunduqda tavanın ömrünü uzadır.

Mütəxəssislər bu üsulun həm ucuz, həm də təhlükəsiz olduğunu vurğulayır. Kimyəvi məhsullardan fərqli olaraq, qarışıq tavanın səthinə zərər vermir; hətta teflon kimi həssas örtüklərdə diqqətli tətbiq edildikdə cızıq yaratmır.

Tavanın ömrünü uzatmaq üçün məsləhətlər

Yemək bişirdikdən sonra artıq yağı dərhal silin.

Həddindən artıq yüksək istilikdən istifadə etməyin.

Tavaya mütəmadi olaraq soda üsulu ilə baxım edin.

Lalə Qüdrətova
Milli.Az