Mütəxəssislər yuyulduqdan sonra belə paltarlarda qalan qoltuqaltı qoxusuna qarşı təsirli və qalıcı həll təqdim ediblər. Soda və oksigen əsaslı qarışımdan ibarət bu üsul, qoxunun kökündən yox edilməsində ən effektiv metod kimi göstərilir.
Milli.Az xəbər verir ki, bir çox insanın qarşılaşdığı, lakin səbəbini tam anlamadığı məsələlərdən biri paltarlarda yuyulsa belə qalan qoltuqaltı qoxusudur. Xüsusilə pambıq köynəklər, idman geyimləri və tez-tez istifadə olunan köynəklərdə bu problem zamanla xroniki hal alır. Dermatoloqların sözlərinə görə, pis qoxunun səbəbi tərin özü deyil, tərin parçadakı bakteriyalarla reaksiyaya girərək yaratdığı birləşmələrdir.
Bu bakteriyalar xüsusilə:
Tekstil tədqiqatçıları bildirir ki, keçməyən qoltuqaltı qoxusunu aradan qaldırmaq üçün ən təsirli üsul soda ilə aktiv oksigen əsaslı toz təmizləyicinin qarışığıdır. Bu qarışım həm bakteriyaları məhv edir, həm də parçadakı turşu qalıqlarını neytrallaşdıraraq qoxunu tamamilə yox edir.
Tətbiq qaydası:
1 litr ilıq suya 2 yemək qaşığı soda əlavə edin.
Üzərinə 1 yemək qaşığı oksigen əsaslı toz təmizləyici qatın.
Paltarın yalnız qoltuqaltı hissəsini 20-30 dəqiqə bu məhlulda saxlayın.
Daha sonra paltarı adi qaydada yuyun.
Kimya mütəxəssisləri qeyd edir ki, oksigen əsaslı məhsullar bakteriyaların yaratdığı qoxu molekullarını parçalayır, soda isə tərin parçada yaratdığı turşuluğu zərərsizləşdirir.
Niyə sirkə üsulu ikinci sıradadır?
Çoxları sirkəni təkbaşına istifadə etsə də, mütəxəssislər bildirir ki, sirkə qoxunu azaltsa belə bakteriyaları həmişə tam məhv etmir. Buna görə ən təsirli ikinci üsul aşağıdakıdır:
1 stəkan ağ sirkə
2 litr isti (qaynar olmayan) su
Paltarı 15 dəqiqə bu qarışımda gözlətmək
Sirkə xüsusilə pambıq parçalarda daha yaxşı nəticə verir, sintetik geyimlərdə təsiri zəif olur.
Qoxunun geri qayıtmaması üçün tövsiyələr
Mütəxəssislər uzunmüddətli nəticə üçün bu qaydalara əməl etməyi tövsiyə edir:
Paltarları tərli halda səbətə atmayın, əvvəlcə qısa müddət havalandırın.
İdman geyimlərini 40-60°C arasında yuyun.
Yuma bitər-bitməz paltarı maşından çıxarıb qurudun; nəmlik qoxunu artırır.
Sintetik geyimləri hər istifadə sonrası qısa müddət açıq havada saxlayın.
Deodorant yığılan bölgələri həftədə bir dəfə karbonatla ovun.
Lalə Qüdrətova
Milli.Az