"Buna görə ana ola bilmirəm"

24 Noyabr 2025 20:40

Aktrisa Pərvin Abıyeva ana olmaq arzusundan danışıb.

Milli.Az xəbər verir ki, sənətçi "Mədəni şou"da səhhətinə görə ana ola bilmədiyini açıqlayıb.

"Bu sualla tez-tez rastlaşıram. Bu haqda danışmağı ar bilirəm. Pisimə gəlir. Amma görürəm ki, son qoymalıyam. Ailə qurmaq, ana olmaq istəyirəm. Amma ana olmaq üçün sağlamlığım müsait deyil" deyə, Pərvin əlavə edib. (Axşam.az)

Milli.Az