Tovuzda 27 yaşlı gənc toyda bıçaqlandı

24 Noyabr 2025 19:27

Tovuz rayonunda bıçaqlanma ilə nəticələnən insident baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən şadlıq evlərindən birində qeydə alınıb. İlkin məlumatlara görə, restoranda ofisiant kimi çalışan iki əməkdaş arasında yaranmış mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə biri ağır şəkildə yaralanıb.

Bayramlı kənd sakini, 27 yaşlı Nicat Hüseynov aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, ilkin tibbi yardımdan sonra əməliyyat olunub və vəziyyəti nəzərə alınaraq Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

Daxili İşlər Nazirliyi bildirir ki, polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində N.Hüseynova xəsarət yetirməkdə şübhəli sayılan 31 yaşlı Novruz Orucov tutulub və istintaqa təqdim edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Asya Hüseyn
Milli.Az