Sabahdan Bakıda və Xırdalanda 5 gün suyun verilməsində fasilələr olacaq.
Milli.Az xəbər verir ki, Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilməsində fasilələr yaranacaq.
Fasilələr Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan işlərlə əlaqədardır.
Noyabrın 29-dan etibarən isə suyun verlişi adi rejimdə bərpa olunacaq.
Milli.Az