Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti məlum olub.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, 2000-ci il təvəllüdlü (qadın) Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib:
"Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır".
Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 20-dən çox şəxs isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Mina Mikayılova
Milli.Az