Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun səs yazısı yayılıb.
Milli.Az xəbər verir ki, o, hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az-a müraciət edibmiş.
Sözügedən səs yazısında S.Məhəmmədov zirzəminin qanunsuz satıldığını və həmin sahədə "Loft" restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini söyləyib.
"MTK binanın zirzəmisinin böyük bir hissəsini birinci mərtəbədə yerləşən obyektin sahibinə satdı. O zamandan bəri nə zirzəmimiz var, nə də qarajımız. "Loft" restoranının fəaliyyəti sakinlərin dinc yaşamasına imkan vermir. Restoranın girişi yoxdur. "Loft Dent" adlı klinikaya girirsən, oradan da restorana düşürsən", - deyə faciəvi hadisənin qurbanı müraciətində bildiribmiş.
Qeyd edək ki, Samir Məhəmmədov "Kapital Bank"da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinin Reanimasiya şöbəsinə köçürülüblər, vəziyyətləri ağır olaraq qalır. Digər oğlu Danielin vəziyyəti isə qənaətbəxşdir.
Həmin səs yazısını təqdim edirik:
Milli.Az