İcbari Tibbi Sığorta Agentliyinin xidmətlər zərfinə yüzlərlə müayinə, müalicə və əməliyyatlar daxildir. Qanunvericiliyə görə, həmin xidmətlət dövlət tərəfindən vətəndaşlara tam ödənişsiz göstərilməlidir. Lakin bəzi pasientlər pulsuz olan xidmətlər üçün həkimlərin əlavə ödəniş tələb etdiyini deyirlər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, bir sıra açıq ürək əməliyyatları, stentlərin qoyulması, koronar angiqrafiya, dərmanlı balonun tətbiqi icbari tibbi sığorta zərfinə daxil edilib:
"2025-ci ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta üzrə 456 sayda açıq ürək əməliyyatı icra olunub. Sığorta hesabına həyata keçirilən müayinələr nəticəsində vətəndaşlar ambulator şəraitdə göstərilən MRT və KT xidmətləri üçün xidmətlər zərfindəki tarifin 20 faizi maliyyələşmə məbləği ödəyirlər. Nəticədə icbari tibbi sığorta zərfinə daxil olan bütün xidmətlər vətəndaşa pulsuz göstərilir. Həkimlərin xəstədən əlavə vəsait qəbul etməsi isə qanunsuzdur".
Aysel Əkbər
Milli.Az