Bu il yaşayış binalarında baş verən yanğınlarda neçə nəfər ölüb?

24 Noyabr 2025 14:13

Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sözügedən yanğınlar nəticəsində 6 nəfər həyatını itirib.

"40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb",- qurumdan əlavə edilib.

Milli.Az