Goranboyda daha bir bina çökə bilər - VİDEO - FOTO

24 Noyabr 2025 13:40

Goranboyda bina təhlükəli vəziyyətdədir.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub.

Sakin bildirir ki, o, Goranboy rayonunun S.Civəzadə küçəsində, 7 nömrəli binada yaşayır. Onun sözlərinə görə, bina uzun illərdir qəzalı vəziyyətdədir və uçma təhlükəsi var:

"Yaşadığımız bina təxminən 1970-ci illərdə tikilib və çox pis vəziyyətdədir. Deyilənə görə bina illərdir yenidənqurma planına düşüb, lakin hələ də heç bir addım atılmayıb".

Sakin əlavə edib ki, bu gün gecə saatlarında C.Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli digər yaşayış binasının çökməsi onları daha da narahat edib:

"Bu gün C.Cabbarlı küçəsində bina çökdü, yaralananlar var. Həmin binanın vəziyyəti bizimkindən daha yaxşı idi".

Mina Mikayılova
Milli.Az