David Bekhem bostanını nümayiş etdirdi - VİDEO

24 Noyabr 2025 14:30

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem bu dəfə idmanla deyil, fərqli məşğuliyyəti ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, məlum olub ki, əfsanəvi futbolçu uzun zamandır villasının həyətində bostan becərir.

Bekhem boş vaxtının böyük bir hissəsini məhz bu məşğuliyyətə ayırır. O, tərəvəz və göyərti əkərək həm təbiətlə daha çox ünsiyyətdə olur, həm də bu işi özünə xüsusi hobi kimi görür. Məşhur idmançının ailəsi də onun bu marağını dəstəkləyir.

Sosial şəbəkə paylaşımlarında Bekhemin həyətində vaxt keçirdiyi, bitkilərə qulluq etdiyi görüntülər izləyicilər tərəfindən maraqla qarşılanır. Fanatlar futboldan sonra onun belə sakit və təbii bir məşğuliyyət seçməsini müsbət qarşılayıblar.

Hüseyn
Milli.Az