"Zita və Gita"nın məşhur aktyoru vəfat etdi - FOTO

24 Noyabr 2025 12:42

Tanınmış Bollivud aktyoru "He-Man" kimi ad çıxarmış Dharmendra 89 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, onun qəfil ölüm xəbəri Hindistan kino sahəsində dərin sarsıntı yaradıb.

Aktyor uzun sürən xəstəlik səbəbindən bir neçə gün Mumbay Xəstəxanasında müalicə alıb. Daha sonra evə buraxılıb və həkimlərin nəzarəti altında ev şəraitində müalicəsini davam etdirib. Lakin səhhətindəki ağırlaşma səbəbindən vəziyyəti kritik həddə çatıb.

Son aylarda əfsanəvi aktyorun vəziyyətinin ağır olduğu, ictimaiyyət qarşısında demək olar ki, görünmədiyi bildirilirdi.

Qeyd edək ki, aktyor "Zita və Gita" filmindəki obrazı ilə yadda qalıb.

Fidan
Milli.Az