BakuBus MMC-də işə qəbul olunan qadın sürücülər ilkin mərhələdə 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər.
Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Əsmər Əliyeva jurnalistlərə açıqlama verib.
Ə.Əliyeva bildirib ki, işə qəbul prosesində namizədlər tibbi müayinədən, psixoloji qiymətləndirilmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Onlar rəsmi şəkildə BakuBus MMC-də işə qəbul olunublar və keçdikləri təlimlər nəticəsində bu məsuliyyətli peşəyə tam hazırdırlar.
Mətbuat katibi əlavə edib ki, xanımlar bütün sahələrdə olduğu kimi ictimai nəqliyyatda sürücü kimi də məsuliyyət və peşəkarlıq nümayiş etdirəcəklər.
Milli.Az