Azərbaycanda qadın sürücü boş yolda "protiv" sürdü - VİDEO

24 Noyabr 2025 11:22

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, Azərbaycanda qadın sürücünün yol tam boş olduğu halda əks yolda hərəkət etməsi diqqət çəkib.

Görüntünü sosial şəbəkədə paylaşan şəxs qeyd edib ki, sürücüyə nə qədər işarə versələr də, o öz zolağına qayıtmayıb.

Kadrlar Qəbələdə, Vəndam yolunda çəkilib.

İsmayıl
Milli.Az