Qadın sevgilisini saxta hamiləlik bəhanəsi ilə aldadılıb.
Milli.Az xəbər verir ki, hadisə Rusiyada, Ekaterinburqda baş verib.
Ekaterinburqda yaşayan kişi tanışlıq saytında əlaqə yaratdığı qız tərəfindən aldadılıb və təxminən beş yüz min rubl pul itirib.
Bu barədə vilayət üzrə Daxili İşlər İdarəsi məlumat yayıb. Hadisə 2023-cü ilin may ayında baş verib.
Həmin vaxt kişi Şumixa şəhərindən olan qızla internet vasitəsilə tanış olub və aralarında münasibət yaranıb. Bir müddət sonra qadın ona guya uşaq gözlədiyini bildirib. Kişi isə tibbi xərclərə və gələcək uşağın ehtiyaclarına yardım məqsədilə ona böyük məbləğlər göndərməyə başlayıb.
2024-cü ilin dekabrında qadın kişinin guya övladı olduğunu deyib və yeni doğulmuş körpənin fotosunu göndərib. Lakin qadın atalıq məsələsinin rəsmi təsdiqlənməsindən imtina edib və pul tələb etməyə davam edib. Kişi vəziyyəti aydınlaşdırmaq üçün hüquqşünasların həmin əraziyə də səfərini maliyyələşdirib. Lakin qadın onlarla görüşə gəlməyib. Araşdırmalar nəticəsində məlum olub ki, qadının ümumiyyətlə uşağı yoxdur.
Hüquq mühafizə orqanları həmin 24 yaşlı qadın barəsində Cinayət Məcəlləsinin 159-cu maddəsi üzrə cinayət işi açıb. Qanunvericiliyə görə həmin maddə altı ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İsmayıl
Milli.Az