DİN partlayışla bağlı məlumat yaydı

24 Noyabr 2025 10:07

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. 

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

Milli.Az