Mərhum gitara ifaçısı Nofəl Süleymanovun ölümündən əvvəl oğlu Rəvan Nofəloğluna yazdığı məktub efirdə səsləndirilibb.
Milli.Az xəbər verir ki, "Günə Uğurla" verilişində oxunan məktub studiyada duyğulu anlara səbəb olub.
Verilişdə məktub səsləndirildikdən sonra qonaqlar göz yaşlarına hakim ola bilməyiblər. Nofəl Süleymanovun oğluna ünvanladığı səmimi və vida xarakterli sözlər studiyada böyük kədər yaradıb.
Mərhum ifaçının oğluna sevgisindən bəhs edən məktub sosial şəbəkələrdə də geniş müzakirə olunub.
Qeyd edək ki, Nofəl Süleymanov oğlunun əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişmişdi.
Musa
Milli.Az