Bakıda binanın eyvanı uçdu - Xəsarət alan var

24 Noyabr 2025 09:39

Noyabrın 22-si saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində binalardan birinin eyvanı uçub.

Milli.Az xəbər verir ki, hadisə C.Xanməmmədov küçəsi, ev 13-də yerləşən binanın 2-ci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Eyvanın uçması nəticəsində orada yaşayan 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yıxılıb.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Milli.Az