Türkiyə Superliqasında XIII turun növbəti oyunları keçirilib.
Milli.Az-ın məlumatına görə, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Rizəspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Beşiktaş" isə evdə "Samsunspor"la heç-heçə edib - 1:1.
Hazırda "Fənərbağça" 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Milli.Az