Bakının Yasamal rayonunda yanan binada tüstüdən zəhərlənərək ölən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızının vəziyyəti ağır olaraq qalır.
Milli.Az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov məlumat verib.
O, bildirib ki, Ləman Qulamovanın vəziyyəti çox ağırdır və hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki, noyabrın 21-dən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.(Yeni Sabah)
Milli.Az