Məşhur türk serialı final edir - FOTO

23 Noyabr 2025 23:11

Məşhur türk serialı Kral Kaybederse barədə gözlənilən qərar rəsmən açıqlanıb. Halit Ergenç, Aslıhan Gürbüz, Nilperi Şahinkaya və Merve Dizdarın baş rollarda yer aldığı serialın yayımlanan son fraqmentində "son üç bölüm" ifadəsi yer alıb.

Milli.Az xəbər verir ki, Gülseren Budayıcıoğlunun eyni adlı əsəri əsasında ekranlaşdırılan Kral Kaybedersenin son üç bölümün ardıcıl olaraq yayımlanacağı bildirilib.

Son aylarda serialın hekayəsində edilən dəyişikliklər, süjetə əlavə edilən yeni personajlar və kulisdə dolaşan məlumatlar final qərarının yaxın olduğuna işarə edirdi. 

Serialın pərəstişkarları final qərarını məyusluqla qarşılayıb.

Lalə Qüdrətova
Milli.Az