"Neftçi" rəhbərliyi baş məşqçi Samir Abasovla bağlı yeni qərar verib.
Milli.Az sportinfo.az-a istinadla bildirir ki, onunla yollar ayrılacaq.
Səbəb uğursuz nəticələrdir.
Bu gün "İmişli"yə doğma meydanda məğlubiyyət (2:3) rəsmilərin səbr kasasını daşırıb.
Bölgə klubu ilə matçdan sonra Abasov paltardəyişmə otağında kollektivlə vidalaşıb.
Xatırladaq ki, "Ağ qaralar" arxada qalan 12 turda aktivinə cəmi 15 xal yazdıra bilib.
Milli.Az