Ən sağlam və dietik ət növünün hansı olduğu uzun müddətdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, bu mövzuda lider dovşan ətidir.
Milli.Az xəbər verir ki, xarici mənbələrin məlumatına əsasən, dovşan ətində zülalın miqdarı təxminən 21% təşkil edir. Bu isə hətta toyuq ətindən bir qədər yüksək göstəricidir.
İnsan orqanizmi dovşan ətini təxminən 90% səviyyəsində mənimsəyir ki, bu, onu ən asan həzm olunan ət növlərindən birinə çevirir. Onun tərkibində digər ətlərə nisbətən daha çox vitamin və mineral mövcuddur. Ən önəmli üstünlüklərindən biri isə hipoallergen olmasıdır - bu səbəbdən xüsusilə balacalara təklif edilir.
Mütəxəssislərin digər ət növləri ilə bağlı müqayisəli göstəriciləri belədir:
Toyuq əti: Zülal - 20-21%, mənimsənilmə - 83-85%
Hind quşu əti: Zülal - 20-21%, mənimsənilmə - 82-84%
Dana əti: Zülal - 18-20%, mənimsənilmə - 75-80%
Mal əti: Zülal - 16-19%, mənimsənilmə - 70-75%
Qoyun əti: Zülal - 16-18%, mənimsənilmə - 70-75%
Donuz əti: Zülal - 15-17%, mənimsənilmə - 65-70%
Balıq: Zülal - 16-22% (növündən asılı olaraq), mənimsənilmə - 90-93%
Bu göstəricilər dovşan ətinin həm sağlamlıq baxımından, həm də həzm sistemi üçün ən optimal seçimlərdən biri olduğunu sübut edir.
Kənan
Milli.Az