Tanınmış idman xadimi vəfat etdi - FOTO

23 Noyabr 2025 16:06

Azərbaycanın görkəmli idman xadimi, beynəlxalq dərəcəli hakim Məkan Zalov vəfat edib.

Milli.Az xəbər verir ki, idman xadimi 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məkan Zalov Monreal-1976 və Moskva-1980 Olimpiya oyunlarında güləş yarışlarını idarə edib.

Allah rəhmət eləsin!

Milli.Az