Ukrayna PUA-ları ilk dəfə Rusiyanın HHM səddini yardı

23 Noyabr 2025 16:17

Ukrayna pilotsuz uçuş aparatları bu gün ilk dəfə olaraq Rusiyanın çoxqatlı hava hücumundan müdafiə sistemini yararaq hədəfə çatıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Rusiyanın "Kanal vizionera" Teleqram kanalı xəbər yayıb.

Bildirilib ki, hadisə Moskva şəhərinin özündə deyil, Moskva vilayətində qeydə alınıb. Şaturskaya İstilik Elektrik Stansiyası kütləvi PUA hücumuna məruz qalıb. Ümumilikdə yeddi Ukrayna dronu obyektə zərbə endirib. Hücum nəticəsində stansiyanın üç transformatoru və bir turbin sexi yanıb.

Rusiya Müdafiə Nazirliyi isə məlumatı təkzib edərək gecə ərzində Moskva vilayəti üzərində iki PUA-nın vurulduğunu açıqlayıb.

Kənan
Milli.Az