Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu

23 Noyabr 2025 13:07

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.

Milli.Az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd qafqazinfo.az-a bildirib ki, Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

"5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib", - məlumatda qeyd edilib.

Milli.Az