Azərbaycanda yaşayış binasında uçqun oldu - Xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - FOTOlar

23 Noyabr 2025 10:33

10:33

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

09:34

Goranboyda yaşayış binasının döşəməsi çöküb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin döşəməsi çöküb.

Dərhal əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə zamanı iki nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az