Afrika qitəsi gələcəkdə iki ayrı qitəyə parçalanacaq - Alimlərdən İDDİALI AÇIQLAMA

23 Noyabr 2025 11:00

Alimlərin son tədqiqatları göstərir ki, Afrika qitəsi gələcəkdə ikiyə bölünə bilər və yeni bir okean formalaşa bilər.

Milli.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Kiel Universitetinin geoloqlar qrupu Afrikanın şimal-şərqindən cənubuna doğru gedən geoloji çatlaqların izlərini aşkar edib. Tədqiqatlar göstərir ki, bu proses seysmik aktivliklə müşayiət olunur və qitənin formasında dramatik dəyişikliklərə səbəb ola bilər.

Alimlər qeyd edirlər ki, bu dəyişiklik dərhal baş verməyəcək. Afrika qitəsinin iki hissəyə ayrılması təxminən 5-10 milyon il ərzində baş verəcək. Bu zaman Misir, Əlcəzair, Nigeriya, Qana və Namibiya kimi ölkələr bir blokda, Somali, Keniya, Tanzaniya, Mozambik və Efiopiyanın böyük hissəsi isə digər blokda qalacaq.

Kənan
Milli.Az