Türkiyədə zəlzələ oldu

23 Noyabr 2025 09:12

Türkiyənin Balıkəsir vilayətində yerləşən Sındırgı rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə yerli vaxtla saat 00:29-da qeydə alınıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin 5,25 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Bildirilib ki, Sındırgı rayonu AFAD tərəfindən fəlakət bölgəsi elan edilib.

Kənan
Milli.Az