Aktrisa Dilan Çiçek Deniz keçmiş sevgilisi Rafael Cemo Çetinlə yollarını ayırdıqdan sonra onun yaxın dostu Miro Gerede Erkaya ilə münasibətə başlayıb.
Milli.Az yazır ki, bu vəziyyət Çetin ailəsində narazılıq yaradıb. İddialara əsasən, Rafaelin qardaşı Orfeo Çetin Miro ilə qarşılaşıb və ona hücum edib. Bu insident iki dost arasındakı uzun illik münasibətə son qoyub.
Deniz bir il ərzində rejissor və prodüser Sinan Çetinin oğlu Rafael Cemo Çetinlə gizli birlikdə olub, lakin cütlük ötən ilin sentyabrında ayrılıb.
Ayrılıqdan sonra aktrisa Rafaelin yaxın dostu Miro ilə kameralara tuş gəlib. Tərəflər münasibətlə bağlı hələ də rəsmi açıqlama verməsələr də, yaşanan gərginlik və iddialar medianın gündəmində qalmaqda davam edir.
Kənan
Milli.Az