Brüs Uillisin qızından ürək sızladan etiraf: “Artıq məni tanımır…”

23 Noyabr 2025 10:30

Hollivudun əfsanəvi aktyoru Brüs Uillisin qızı, afaziya diaqnozu qoyulan 70 yaşlı sənətçi ilə bağlı yeni açıqlama verib.

Milli.Az xəbər verir ki, o, atasının artıq onu tanımadığını bildirib. Bununla belə, qızı üçün təsəlli verən yeganə məqam Uillisin hələ də sevgi və yaxınlığı hiss edə bilməsidir:

"Onu qucaqlayanda, kim olduğumu anlamasa belə, sevgimi duyduğunu hiss edirəm. Onun içində hələ də o işıqdan bir parça var".

Rumer əlavə edib ki, atasının səhhəti barədə suallara cavab vermək hər keçən gün daha da çətinləşir.

Xatırladaq ki, Brüs Uillis afaziya diaqnozundan sonra aktyorluq fəaliyyətini dayandırıb.

"Düzünü desəm, demensiya ilə yaşayan heç kim özünü yaxşı hiss etmir. Onlar sadəcə var gücləri ilə bu xəstəliklə mübarizə aparmağa çalışırlar", - deyə Rumer vurğulayıb.

Kənan
Milli.Az