Drift etmək istədi, dənizə düşdü - ANBAAN VİDEO

23 Noyabr 2025 00:37

Türkiyədə dənizə düşən mikroavtobus sürücüsü qəzadan xəsarət almadan xilas olub.

Milli.Az xəbər verir ki, drift etməyə çalışan sürücü idarəetməni itirərək mikroavtobusu dənizə salıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 

Sürücü avtomobildən sağ-salamat qurtulub. Qəza anı isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Milli.Az