"K5" lər geri çağırılır - Benzin sızdırır

22 Noyabr 2025 20:52

"Kia" avtomobil markası 27 mart 2020 - 23 yanvar 2024 tarixləri arasında istehsal edilmiş "Kia K5" sedanlarını geri çağıracaq. Səbəb yanacağın potensial sızmasıdır.

Milli.Az-ın məlumatına görə, istehsalçı müəyyən edib ki, həmin avtomobillərdə yanacaq buxarlarının nəzarət sistemindəki geri dönmə klapanı sıradan çıxa bilər. 

Bu nasazlıq yanacaq çəninin zədələnməsinə və sızmaya səbəb ola bilər. Hazırda şirkət klapanla bağlı 20 yanacaq sızması hadisəsi barədə məlumatlıdır.

Qeyd olunur ki, dilerlər klapanı dəyişəcək və yeni proqram təminatı quraşdıracaqlar. (lent.az)

Milli.Az