Heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi - FOTO

22 Noyabr 2025 19:00

Sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V.Bayramquliyev olması müəyyən edilib.

Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az